Hindistanda daşqınlar nəticəsində 27 nəfər ölüb

hindistanda-dasqinlar-neticesinde-27-nefer-olub
Oxunma sayı: 2543

Hindistanın Assam əyalətində yağan yağışların səbəb olduğu daşqınlar nəticəsində 27 nəfər həyatını itirib, təxminən 171 min insan isə didərgin düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Hindustan Times” nəşri məlumat yayıb.

Bildirilib ki, daşqınlar təxminən 390 min insanın həyatına mənfi təsir göstərib.

Assam əyalətinin rəsmiləri qeyd ediblər ki, 17 bölgədə 245 müvəqqəti yardım düşərgəsi yaradılıb.

Hindistan Meteorologiya İdarəsinin (IMD) açıqladığı məlumatlara görə, Assam əyalətində iyunun 1-dən 19-a qədər yağıntılar mövsümi normadan 50 faiz çox olub.