Hindistanda dəhşətli qəza - 55 ölü, 20 yaralı + Fotolar + Video

hindistanda-dehsetli-qeza
Oxunma sayı: 1243

Hindistanın Telenqana şəhərində ağır yol qəzası baş verib.

“Qafqazinfo” “Dailystar”a istinadən xəbər verir ki, “Anjaneya Svami” məbədindən qayıdan zəvvarları daşıyan avtobus dağlıq ərazidə aşıb.

Hadisə nəticəsində 36-sı qadın olmaqla 55 nəfər ölüb, 20 nəfər isə yaralanıb.

Məlumata görə, avtobus 54 yerlik olsa da, içərisində 70-dən çox sərnişin olub.