Hindistanda dəhşətli yanğın - 300 avtomobil kül oldu + Video

hindistanda-dehsetli-yangin
Oxunma sayı: 1672

Hindistanın Banqalor şəhərində avtomobil dayanacağında yanğın baş verib.

“Qafqazinfo” “Dunyabulteni.net”ə istinadən xəbər verir ki, hadisə nəticəsində 300 avtomobil yanıb.

Hadisə zamanı ölən və xəsarət alan olmayıb.

Məlumata görə, yanğın quru otların olduğu sahədə meydana gəlib və küləyin təsiri ilə avtomobillərə keçib.

Faktla bağlı araşdırma aparılır.