Hindistanın Maharaştra ştatında Pun şəhərində yaşayış binasının yaxınlığında hasar uçub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 20 metrlik hasar bina tikintisində işləyən fəhlələrin qaldığı komaların üstünə aşıb. İnsident nəticəsində azı15 nəfər dünyasını dəyişib. Ölənlərdən 4-ü uşaq, 2-si qadın, 9 nəfəri isə kişidir. Dağıntılar altından xilas edilənlər xəstəxanaya yerləşdirilib.
İlkin məlumatlara görə, divarın uçmasına gündən çox davam edən leysan yağışları səbəb olub.
Son xəbərlər
Son Xəbərlər