Hindistanda döyüş gəmisində partlayış - Ölənlər var

hindistanda-doyus-gemisinde-partlayis
Oxunma sayı: 852

Hindistanda döyüş gəmisində partlayış baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Mumbay şəhərindəki tərsanədə qeydə alınıb.

Partlayış nəticəsində üç dənizçinin öldüyü bildirilib.

Hadisə nəticəsində yaralanan olub-olmadığı açıqlanmayıb. Yanğın qısa müddətdə nəzarətə götürülüb.