Hindistanda ekstrimal nümayiş zamanı faciə - Video

hindistanda-ekstrimal-numayis-zamani-facie
Oxunma sayı: 2182

Hindistanda festival zamanı ekstrimal nümayiş faciə ilə nəticələnib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, özünü döyüş sənəti ustası kimi təqdim edən şəxs tamaşaçıların diqqətini cəlb etməyə çalışıb. Belə ki, gözübağlı şəkildə ağır dəmir çəkiclə könüllülərin ətrafına qoyulan meyvələri parçalayıb. 

Əvvəlcə hər şey qaydasında getsə də, tamaşa faciə ilə nəticələnib. Zədə alan könüllünün səhhəti ilə bağlı isə məlumat yoxdur.