Hindistanın Kerala ştatındakı məbəddə güclü yanğın baş verib.
"Qafqazinfo" Trend-ə istinadən xəbər verir ki, yanğın nəticəsində 80-dən çox zəvvar ölüb, 250 nəfər yaralanıb.
İlkin məlumata görə Kollam şəhərində yerləşən məbəddə baş verən yanğına səbəb dini ayinlərin keçirilməsi zamanı fişənglərin partladılması olub.
Yerli mətbuat hadisə nəticəsində məbədin tamamilə uçduğunu qeyd edir.
Bildirilir ki, polis fişənglərin partlayış təhlükəsi barədə əvvəllər məbəd əməkdaşlarını çağıraraq ondan istifadəni qadağan edib. Görünür sonradan buna əhəmiyyət verilməyib.
***
"Qafqazinfo" xəbər verir ki, artıq ölənlərin sayı 100-ü keçib.



Son xəbərlər
Son Xəbərlər