Hindistanda fırtınada 30 nəfər ölüb

hindistanda-firtinada-30-nefer-olub
Oxunma sayı: 1167

Hindistanın Uttar-Pradeş ştatında ötən gün qopan fırtına nəticəsində azı 30 nəfər ölüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bununla yanaşı, beşi qadın və ikisi uşaq olmaqla 10 nəfər isə ştatın şərqində ildırım vurmasından dünyasını dəyişib. 

Qeyd edək ki, ötən ay Uttar-Pradeşdə qum fırtınası və leysandan 15 nəfər ölmüşdü, onlarla insan yaralanmışdı.