Hindistanda güclü fırtına 30 nəfərin həyatına son qoydu - Fotolar

hindistanda-guclu-firtina-30-neferin-heyatina-son-qoydu
Oxunma sayı: 758

Hindistanın Madya Pradeş, Qucarat və Racəstan ştatlarında qum fırtınası və leysan yağışları ciddi fəsadlara səbəb olub.

“Qafqazinfo” DHA-ya istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 30 nəfər ölüb.

Bundan başqa, onlarla evə ziyan dəyib, elektrik dirəkləri və ağaclar aşıb. Küləyin sürəti hazırda saatda 50 km-ə çatır.

Ölkənin baş naziri Narendra Modia sosial mediada ölənlərin yaxınlarına başsağlığı mesajı yayımlayıb.