Hindistanda günlük yoluxma sayında növbəti rekord

hindistanda-gunluk-yoluxma-sayinda-novbeti-rekord
Oxunma sayı: 1067

Ötən gün ərzində Hindistanda 332 730 nəfərin koronavirusa yoluxması ilə günlük yoluxma sayında dünya üzrə növbəti rekord göstərici qeydə alınıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Sutka ərzində xəstəlik səbəbindən 2,2 mindən çox insan ölüb.

Hindistan koronavirusa yoluxma sayına görə dünya ölkələri arasında ikinci yerdə qərarlaşıb. Səhiyyə Nazirliyinin son məlumatlarına görə, ölkədə 16,2 milyondan çox koronavirusa yoluxma faktı qeydə alınıb.

13,6 milyondan çox şəxs xəstəlikdən sağalıb, 186,9 min insan həyatını itirib.