Hindistandakı qəzada Baş Qərargah rəisi ilə birlikdə 13 nəfər ölüb - Video+Yenilənib

hindistandaki-qezada-bas-qerargah-reisi-ile-birlikde-13-nefer-olub
Oxunma sayı: 4739

Hindistanın Tamilnad ştatında göyərtəsində dörd yüksək rütbəli hərbçinin olduğu hərbi helikopter qəzaya uğrayıb.

“Qafqazinfo” “India Today”ə istinadən xəbər verir ki, təyyarənin göyərtəsində Hindistan Silahlı Qüvvələrinin Müdafiə Nazirliyinin Baş Qərargahının rəisi Bipin Ravat da olub.

Nəşrin mənbələrinin məlumatına görə, helikopter Hindistan Hərbi Hava Qüvvələrinin Sere bazasından havaya qalxaraq Vellinqton şəhərinə doğru uçurmuş.

Qəzadan sonra Bipin Ravat xəstəxanaya yerləşdirilib. Bununla yanaşı, onun vəziyyəti ilə bağlı detallar açıqlanmayıb.

Qəzadan sonra 3 nəfərin sağ qaldığı bildirilir. Məlumat rəsmi olaraq təsdiq olunmayıb. Bildirilir ki, ümumilikdə helikopterdə 14 nəfər ola bilər.

***

Hindistan Silahlı Qüvvələrinin Müdafiə Nazirliyinin Baş Qərargahının rəisi Bipin Ravat təyyarə qəzasında dünyasını dəyişib. Bu barədə müdafiə departamentinin rəhbəri Racnat Sinq bildirib.

“Bu gün Tamilnadda baş verən faciəvi helikopter qəzasında Baş Qərargah rəisi, general Bipin Ravat, onun həyat yoldaşı və silahlı qüvvələrin digər 11 üzvünün həlak olması məni dərindən kədərləndirdi”, - deyə Sinq Tvitterdə yazıb.