Hindistanda hərbçilərlə üsyançılar arasında qarşıdurma - Ölәnlər var

hindistanda-herbcilerle-usyancilar-arasinda-qarsidurma-olnler-var
Oxunma sayı: 705

Hindistanın Cammu Kәşmir bölgәsindә təhlükəsizlik qoruyucuları ilə üsyançılar arasında qarşıdurma olub.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, insident nәticәsindә bir polis, bir әsgәr vә üç üsyançı ölüb.

Mәlumata görә, hadisə Kulqam bölgәsindә baş verib.

Qeyd edək ki, fevralın 14-dә tәhlükәsizlik qüvvәlәrinin maşınına tәşkil edilәn hücum nәticәsindә 44 hәrbçi hәlak olmuş, 20-si isə xәsarәt almışdı. Bundan sonra bölgәyә 10 min әsgәr cəlb edilib.