Hindistanda hərbi təyyarə qəzaya düşdü

hindistanda-herbi-teyyare-qezaya-dusdu
Oxunma sayı: 672

Hindistanda hərbi təyyarə qəzaya uğrayıb.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Racəstan şəhərində qeydə alınıb. Qəzaya düşən MİQ-27 təyyarəsinin göyərtəsində iki pilot olub və hər iki şəxs qəzadan öncə təyyarəni tərk edə biliblər. Məlumata görə, qəza nəticəsində iki ev zədələnib, üç nəfər xəsarət alıb. Bildirilir ki, təyyarə təlim uçuşu yerinə yetirib və havaya qalxdıqdan az sonra qəzaya uğrayıb.

Aysel Kərimov