Hindistanda hərbi təyyarə qəzaya uğradı - 8 nəfər yaralandı

hindistanda-herbi-teyyare-qezaya-ugradi
Oxunma sayı: 952

Hindistanda Myanma ordusuna məxsus təyyarə uçuş-enmə zolağından çıxıb.

“Qafqazinfo” “Sputnik-Türkiyə”yə istinadən xəbər verir ki, Hindistana qaçan Myanma əsgərlərini götürməyə gedən hərbi təyyarənin uçuş zolağından çıxaraq sürüşməsi nəticəsində 8 nəfər yaralanıb.

Təyyarədəki 14 nəfərdən 8-nin yaralandığını qeyd edilib. Yaralılar xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, yanvarın 19-da 276 Myanma əsgərinin Hindistana sığındığına dair məlumat yayılıb.