Hindistanın paytaxtı Yeni Dehlidə kütləvi iğtişaşlar səngimək bilmir.
“Qafqazinfo”nun “Reuters”ə istinadən məlumatına görə, 4 gündür davam edən toqquşmalar nəticəsində 30-dan çox insan ölüb. Vətəndaşlıq haqqında qanuna edilən dəyişikliklərdən narazı qalanlar evləri, mağazaları, avtomobilləri yandırır, polisləri daşqalaq edir.
Qeyd edək ki, yeni qanuna əsasən müsəlmanlar istisna olmaqla, qonşu ölkələrdən qanunsuz yolla gəlmiş miqrantlar sadələşdirilmiş qaydada vətəndaşlıq ala biləcəklər. Bu qərar müsəlman əhalisi tərəfindən qəzəblə qarşılanıb. Onlar dəyişikliklərin konstitusiyanı pozduğunu və diskriminasiya xarakteri daşıdığını bildirir.








Son xəbərlər
Son Xəbərlər