Hindistanda ildırım 100-dən çox insanı vurub öldürdü

hindistanda-ildirim-100-den-cox-insani-vurub-oldurdu
Oxunma sayı: 2768

Ötən gün Hindistanın Bihar ştatında azı 92 nəfəri ildırım vuraraq öldürüb.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbərt verir ki, ən çox ölüm Hopalhandj rayonunda baş verib.

Ümumilikdə isə Bihar və Uttar-Pradeş ştatlarında ildırım vurması səbəbindən 100-dən çox insan həyatını itirib. 

Hazırda bu ştatlarda ildırım çaxması ilə müşayiət olunan musson yağışları davam edir.