Hindistanda islam əleyhdarları hakimiyyətə gəldilər

hindistanda-islam-eleyhdarlari-hakimiyyete-geldiler
Oxunma sayı: 639

“Azerimuslims.com” xarici KİV-ə istinadən xəbər verir ki, Hindistanda milliyyətçilərin təmsil olunduğu Şiv Sena Partiyası (ŞSP) ölkənin ən varlı şəhəri olan Mumbayda keçirilən bələdiyyə seçkilərində qələbə qazanıb.

Hakimiyyətdəki Konqres Partiyasına qalib gələn ŞSP-nin uğuru müsəlmanlar tərəfindən narahatlıqla qarşılanıb. Partiyanın lideri Bal Takeray seçkiqabağı kampaniyada müsəlmanları “xərçəng” kimi xarakterizə edərək, Adolf Hitlerə heyran olduğunu ifadə etmişdi.

Mövzu ilə bağlı xəbərdə Mumbay bələdiyyəsinin 4,1 milyard dollarlıq büdcəsi ilə nəhəng idarəetmə qurumu olduğu, şəhərdə Hindistanın ən böyük şirkətlərinin və birjasının yerləşdiyi bildirilib.