Hindistanın qərbindəki Bxarux şəhərində koronaviruslu xəstələrin müalicə olunduğu xəstəxanada yanğın zamanı azı 18 pasiyent həyatını itirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti polisə istinadən bildirib.
Yerli polis nümayəndəsinin sözlərinə görə, pasiyentlər yanan məhsulların tüstüsündən zəhərlənmədən həlak olublar. O bildirib ki, qurbanların sayı arta bilər.
Yanğın bir saat ərzində söndürülüb, 50-yə yaxın pasiyent yerli sakinlər və yanğınsöndürənlər tərəfindən xilas edilib. Baş vermiş hadisənin səbəbləri aydınlaşdırılır.
Son xəbərlər
Son Xəbərlər