Hindistanda koronavirusa yoluxanların sayı 1 milyonu ötdü

hindistanda-koronavirusa-yoluxanlarin-sayi-1-milyonu-otdu
Oxunma sayı: 1098

Hindistanda son sutka ərzində koronavirusdan 660 nəfər ölüb, 31 694 yeni yoluxma faktı qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bununla da ölkədə COVID-19 qurbanlarının sayı 25 589-a, yoluxanların sayı isə 1 001 863-ə yüksəlib.

620 194 xəstə sağalıb. Ölkədə 356 080 aktiv koronavirus xəstəsi qalmaqdadır ki, onlardan da 8 944-nün vəziyyəti ağır qiymətləndirilir.