Hindistanda koronavirusun yeni növü aşkarlandı

hindistanda-koronavirusun-yeni-novu-askarlandi
Oxunma sayı: 1321

Hindistanın Maharaştra əyalətində koronavirusun yeni növü aşkarlanıb.

“Qafqazinfo” “Hindustan Times” nəşrinə istinadən xəbər verir ki, bu barədə Hindistan səhiyyə naziri Raceş Tope açıqlama verib. O qeyd edib ki, yeni növə “delta plus” adı verilib.

Yeni növə Maharaştra əyalətinin dörd bölgəsi - Sindxudurq, Ratnagiri, Palqar və Jalqaondada ümumilikdə 20 yoluxma faktı aşkarlanıb. Nümunələr mutasiya olunmuş virusun epidemioloji xüsusiyyətlərini öyrənmək üçün laboratoriyalara göndərilib.

“Genomika və İnteqrativ Biologiya İnstitutu (CSIR-IGIB) əyalətin bütün bölgələrindən toplanan nümunələr əsasında bir hesabat hazırlayıb. Hesabat bazar ertəsi günü keçiriləcək iclasda müzakirə ediləcək və nəticələr çıxarılacaq”, - deyə Raceş Tope bildirib.