Hindistanda meşə yanğınında 9 turist ölüb

hindistanda-mese-yangininda-9-turist-olub
Oxunma sayı: 765

Hindistanın Tamiland ştatında baş verən kütləvi meşə yanğınlarında azı doqquz turist ölüb, 18-i yaralanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ölənlərdən dördü qadın, dördü kişi, biri isə uşaqdır. Ümumilikdə 27 nəfər xilas edilib. 

Ölənlərin milliyəti ilə bağlı hələ ki, məlumat yoxdur.