Hindistanda peyvənd istehsalı müəssisəsində yanğın - Fotolar

hindistanda-peyvend-istehsali-muessisesinde-yangin
Oxunma sayı: 797

Dünyanın ən böyük peyvənd istehsalçısı olan Hindistanın Serum İnstitutunda yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin NDTV dövlət kanalı məlumat yayıb. Qeyd olunub ki, bölgəyə çoxlu sayda xilasedici qüvvələr göndərilib. Yanğının koronavirus peyvəndi istehsalına təsir etmədiyi açıqlanıb.

Ölən və xəsarət alanlar barədə məlumat verilməyib.