Hindistanda qasırğa onlarla insanın həyatına son qoydu - İtkin düşənlər var

hindistanda-qasirga-onlarla-insanin-heyatina-son-qoydu
Oxunma sayı: 2227

Hindistanda “Cyclone Tauktae” qasırğası həyatı iflic edib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 27 nəfər ölüb, 100-dək şəxs itkindir. Qucaratda yüz minlərlə insan elektrik enerjisiz qalıb.

Rəsmi məlumata görə, saatda 130 kilometr sürətlə əsən külək minlərlə ağacı qıraraq yolları bağlayıb.