Hindistanda qatarlar toqquşdu - 8 ölü, 60 yaralı

hindistanda-qatarlar-toqqusdu
Oxunma sayı: 2017

Hindistanın Qərbi Benqal əyalətində yük və sərnişin qatarları toqquşub.

“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, hadisə nəticəsində 8 nəfər ölüb, 60-a yaxın şəxs yaralanıb.

Sərnişinlərin olduğu ekspress qatarın vaqonlarından biri havada asılı qalıb.

Dəmiryol İdarəsinin baş direktoru Caya Varma Sinha mətbuat konfransında xilasetmə əməliyyatlarının başa çatdığını, yaralıların xəstəxanalara yerləşdirildiyini bildirib. O, qəzanın yük qatarının maşinistinin siqnala məhəl qoymaması səbəbindən baş verdiyini bildirib.