Ötən gün ərzində Hindistanda 295 041 nəfərin koronavirusa yoluxması ilə günlük yoluxma sayında rekord göstərici qeydə alınıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Sutka ərzində xəstəlik səbəbindən 2 mindən çox insan ölüb.
Hindistan koronavirusa yoluxma sayına görə dünya ölkələri arasında ikinci yerdə qərarlaşıb. Səhiyyə Nazirliyinin son məlumatlarına görə, ölkədə 15,6 milyondan çox koronavirusa yoluxma faktı qeydə alınıb. 13,2 milyondan çox insan xəstəlikdən sağalıb, 182 min insan xəstəlik səbəbindən həyatını itirib.