Hindistanda sel 9 nəfərin həyatına son qoydu

hindistanda-sel-9-neferin-heyatina-son-qoydu
Oxunma sayı: 1208

Hindistanın müxtəlif bölgələrində yağan leysan yağışlar nəticəsində baş verən sel və torpaq sürüşmələrində 9 nəfər həyatını itirib.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, rəsmi açıqlamaya görə, son beş gündə davam edən daşqın və sürüşmələrdən 1,8 milyondan çox insan zərər çəkib.

108 mindən çox insan isə yardım düşərgələrinə yerləşdirilib.