Hindistanda təbii fəlakətlərdən ölənlərin sayı 164-ə çatdı

hindistanda-tebii-felaketlerden-olenlerin-sayi-164-e-catdi
Oxunma sayı: 775

Musson yağışlarının təsir altında olan Hindistanın Maharaştra vilayətində sel və torpaq sürüşmələrində həyatını itirənlərin sayı 164-ə çatıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, seldə itkin düşən 100 nəfərdən hələ də xəbər yoxdur.

Təkcə son sutkada 15 nəfər təbii fəlakətlərin qurbanı olub.

Bundan başqa, vilayətin 1028 kəndində fəlakətin təsirinə məruz qalan 229 min 74 nəfər təxliyyə edilib, 7 min 832 nəfər kamplara yerləşdirilib.

Ölkədə yağışların bir neçə gün davam edəcəyi ilə bağlı xəbərdarlıq edilib.