Hindistanın cənub-şərqində terror aktı törədilib.
“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, insident zamanı 6 nəfər yaralanıb. Onlardan 2-nin vəziyyəti ağırdır. Partlayış Assam ştatının Quvahati şəhərində törədilib. Terrorçular ticarət mərkəzinin yaxınlığına bomba qoyublar. Hadisəyə görə məsuliyyəti “Assamın azad olunması biləşmiş cəbhəsi” üzərinə götürüb.
Polis araşdırmalara başlayıb.
Son xəbərlər
Son Xəbərlər