Hindistanda torpaq sürüşməsində 93 nəfər öldü - Yenilənib

hindistanda-torpaq-surusmesinde-93-nefer-oldu
Oxunma sayı: 1640

Hindistanın Kerala ştatının Vayanad rayonunun dağlıq ərazilərində torpaq sürüşməsi nəticəsində 84 nəfər ölüb.

“Qafqazinfo” “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, bir çox yerli sakinlər itkin düşənlər siyahısındadır. 250-dən çox insan xilas edilib.

Təbii fəlakət gecə saatlarında baş verib və bir neçə yaşayış məntəqəsinə ziyan vurub, yollar və körpülər dağılıb. 400-ə yaxın ailə evlərində köməksiz qalıb. Hazırda hərbçilərin iştirakı ilə fövqəladə hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam edir.

***

Kerala ştatında 30-31 iyul tarixləri matəm günü elan edilib.

***

Ölənlərin sayı 93 nəfərə yüksəlib.