Hindistanda toydan qayıdan avtobus qəzaya düşüb, 15 nəfər ölüb

hindistanda-toydan-qayidan-avtobus-qezaya-dusub-15-nefer-olub
Oxunma sayı: 753

Hindistanın Andxra-Pradeş ştatında ağır yol qəzası baş verib. Nəticədə 15 nəfər ölüb, daha altısı yaralanıb. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ölənlər avtobusla toydan evə qayıdan Telinqana ştatının sakinləri olublar.  Avtobus digər avtomobillə toqquşub.