Hindistanda ümummilli karantin - Fotolar

hindistanda-umummilli-karantin
Oxunma sayı: 6995

Martın 25-dən Hindistanın bütün ərazisində sərt izolyasiya rejimi tətbiq edilir – ştatlar arasındakı sərhədlər bağlıdır, vətəndaşlardan isə ehtiyac olmadığı halda evlərini tərk etməməyi xahiş edirlər. Bir çox mağaza və müəssisələr fəaliyyətlərini dayandırıb, orada çalışan insanlar isə ailələrinin yaşadığı şəhərlərə qayıtmaq istəyir. Vəziyyət onunla mürəkkəbləşir ki, ştatların sərhədlərini yalnız xüsusi icazə olduqda keçmək olar. 

İndiyədək Hindistanda 1251 koronavirusa yoluxma halı təsdiqini tapıb, 32 nəfər vəfat edib, 102 pasiyent sağalıb.

“Qafqazinfo” “Reuters”ə istinadən Hindistandakı vəziyyəti fotolarda təqdim edir: