Hindistanda xəstəxanada baş verən yanğında 4 körpə öldü

hindistanda-xestexanada-bas-veren-yanginda-4-korpe-oldu
Oxunma sayı: 849

Hindistanda xəstəxananın yeni doğulmuş uşaqlar bölməsində yanğın çıxıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Madhya Pradeş ştatının Kamla Nehru xəstəxanasında baş verib.

Yanğın nəticəsində 4 körpənin öldüyü bildirilir.

Məlumata görə, yanğın başlayan zaman bölmədə 40-a yaxın körpə olub və onlar artıq başqa palatalara köçürülüb.

Qeyd edək ki, Hindistanda bu il ərzində xəstəxanalarda baş vermiş yanğınlar nəticəsində azı 70 nəfər həlak olub.