Hindistanda fişəng zavodunda partlayış olub.
“Qafqazinfo” “İndia Today”a istinadən xəbər verir ki, bu səhər Telinqana ştatında yerləşən zavodda baş verən partlayış azı 10 nəfərin həyatına son qoyub, bir neçə nəfər isə ağır xəsarət alıb. Məlumata görə, partlayışdan sonra güclü yanğın başlayıb və istehsal sexi tamamilə məhv olub. Şahidlər bildirirlər ki, işçilərin meyitləri dağılmış binadan 10 metr uzaqlıqda tapılıb. Hadisə zamanı fabrikdə olan işçi sayı dəqiq bilinmədiyinə görə hakimiyyət itkinin artacağını istisna etmir.
Aysel Kərimova
Son xəbərlər
Son Xəbərlər