Hindistanın Maharaştra ştatının Puna şəhərində sənaye zonasında yerləşən kimya zavodunda yanğın baş verib.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, azı 14 nəfər ölüb, bir neçə nəfər itkin düşüb. Dezinfeksiyaedici maddələr istehsal edən müəssisədə yanğın başlayarkən 37 nəfər çalışırmış, onlardan 20-si xilas edilib. Yanğına qısaqapanma səbəb olub.
Ölkənin Baş naziri Narendra Modi ölənlərin ailələrinə başsağlığı verib.
Son xəbərlər
Son Xəbərlər