Hindistanda zəlzələ - 4 ölü, 100 yaralı

hindistanda-zelzele
Oxunma sayı: 1194

Hindistanın Myanma ilə sərhədində, Manipur ştatında 6,7 bal gücündə baş verən zəlzələ nəticəsində 4 nəfər ölüb, 100 nəfər xəsarət alıb.

“Qafqazinfo”nun Trend-ə istinadən verdiyi məlumata əsasən, bazar ertəsinin gecə saatlarında baş verən təbii fəlakətin ocağı 55 km dərinlikdə olub.

Zəlzələ nəticəsində bir neçə yaşayış evi, yeni tikilmiş altı mərtəbəli bina və ticarət mərkəzinə ciddi ziyan dəyib.