Hindistanda zəvvarları daşıyan avtobus aşdı - Ölən və yaralananlar var

hindistanda-zevvarlari-dasiyan-avtobus-asdi
Oxunma sayı: 1739

Hindistanın şimalında zəvvarları daşıyan avtobus dərinliyi 45 metrdən çox olan dərəyə aşıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Dainik Bhaskar” nəşri məlumat yayıb.

Hadisə nəticəsində avtobusda olan 22 zəvvarın öldüyü, 60-a yaxın yaralının olduğu bildirilir.