Hindistandan yeni kosmik layihə - 1,5 milyard dollar ayrıldı

hindistandan-yeni-kosmik-layihe
Oxunma sayı: 1209

Hindistan hökuməti kosmik tədqiqatları genişləndirmək üçün 1,5 milyard dollarlıq yeni büdcə ayırıb.

“Qafqazinfo” “Dünya bülleteni”nə istinadən xəbər verir ki, yeni layihə Baş nazir Narendra Modi rəhbərliyində toplanan Nazirlər Kabinetinin iclasında qəbul edilib.

Layihə çərçivəsində ağırlığı 4 tona çatan kosmik peyklərin göndərilməsi üçün yeni mərkəz qurulacaq. Beləliklə, başqa ölkələrin bazasına ehtiyac qalmayacaq.

Qeyd edək ki, Hindistan sonuncu dəfə bu ilin fevralında kosmosa 31 ədəd peyk göndərib.