Hindistanın baş naziri İsrailə gedəcək- - İlk dəfə

hindistanin-bas-naziri-israile-gedecek-
Oxunma sayı: 893


“Qafqazinfo” musavat.com-a istinadən xəbər verir ki, səfərin tarixi dəqiq bəlli olmasa da, onun bu il ərzində reallaşacağı gözlənilir. 

Bu barədə Hindistanın xarici işlər naziri Suşma Svarac bildirib. Xanım nazirin sözlərinə görə, onun özü də İsrailə, həmçinin Fələstin Muxtariyyəti və İordaniyaya getməyi planlaşdırır.

XİN başçısı deyib ki, Ramallaya səfər Dehlinin Fələstin məsələsinə münasibətini dəyişməyəcək, çünki “İsrail Hindistan üçün dost dövlət olaraq qalır”.

Qeyd edək ki, iki ölkə arasında diplomatik münasibətlər hələ 1992-ci ildə qurulsa da, Hindistanın nə baş naziri, nə də prezidenti bu günədək İsrailə səfər etməyib. Öz növbəsində İsrail hökumətinin Dehliyə səfər edən ilk başçısı 2003-cü ildə Ariel Şaron olub.