Hindistanla İraq arasında uçuşlar bərpa olundu - 29 il sonra ilk

hindistanla-iraq-arasinda-ucuslar-berpa-olundu
Oxunma sayı: 739

Hindistanın milli aviasiya şirkəti olan “Air İndia” Nəcəf şəhərinə bir qrup şiə zəvvarı göndərərək 29 illik fasilədən sonra İraqla uçuşları bərpa edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bundan sonra Nəcəf-Nyu-Delhi-Nəcəf istiqamətində həftədə iki dəfə aviareyslər olacaq. 

Qeyd edək ki, Hindistan 1990-cı ildə Bağdad əleyhinə sanksiyalar və təhlükəsizlik səbəblərindən İraqa uçuşlardan imtina etmişdi.