Hindli aktrisanın başına iş gəldi - Türkiyədə

hindli-aktrisanin-basina-is-geldi
Oxunma sayı: 977

Hindistanlı aktrisa Saumya Tandonun Türkiyədə başına iş gəlib. 

“Qafqazinfo” xəbər verir ki, Tandon İstanbulda taksi sürücüsü tərəfindən oğurluqla üzləşdiyini bildirib: 

“Taksi sürücüsü yolda bir anlıq maşını saxladı. Mənim üstümə qışqırmağa başladı. Dedi ki, ramazan ibadətinə gecikir. Cihazda qiymət 50 TL yazırdı. Ona pulu uzatdım, əliylə geri çevirdi.

Söylədi ki, pul səhvdir. Elə başa düşdüm ki, avro istəyir. Çantanı əlimdən aldı, mənə türkçə nəsə dedi, alamadım. Taksidən düşürdü, bir neçə dəqiqə sonra əlimi çantaya atdım, min avro verində yox idi. Taksi sürücüsü pullarımı oğurladı”.