Hindlilərin festivalı faciə ilə bitdi - 30 ölü, 60 yaralı

hindlilerin-festivali-facie-ile-bitdi
Oxunma sayı: 2653

Hindistanda keçirilən “Maha Kumbh” festivalındakı izdihamda azı 30 nəfər ölüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AP məlumat yayıb.

Festivalın keçirildiyi Prayaqrac şəhərinin polis məmuru Vaibhav Krişna 60 yaralının xəstəxanalara çatdırıldığını bildirib.

Qeyd edək ki, hindlilər inanırlar ki, müqəddəs çaylarda çimmək onları keçmiş günahlardan təmizləyir.