Hindlini öldürənə 15 il həbs- - Bakıda+Fotolar

hindlini-oldurene-15-il-hebs-
Oxunma sayı: 3819


“Qafqazinfo” oxu.az-a istinadən xəbər verir ki, 2013-cü il martın 9-da saat 11.00 radələrində Bakı şəhəri, N.Rəfiyev küçəsi, 17 A ünvanında Hindistan Respublikası vətəndaşı, 42 yaşlı Çaudhari Binod Kumarın üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib. Hadisə yerinə Xətai RPİ 37-ci polis bölməsinin və rayon prokurorluğunun əməkdaşları cəlb olunmaqla hadisə yerinin müayinəsi və digər zəruri tədbirlər aparılıb. 

Zərərçəkən qismində dindirilmiş mərhumula qeyri-rəsmi şəkildə ər-arvad kimi yaşayan Rəhimə Dəmirova bildirib ki, Binod Kumarla Rəfiyev, 17 ünvanında daimi yox, hərdən yaşayıb. Martın 7-də o Binoda zəng etsə də, sonuncunun cavab vermədiyini görüb saat 21 radələrində onun evinə gələrək qapını döyüb, lakin qapını açan olmayıb. Səhərisi gün Binodun tanışı Mahmud Butta ilə həmin ünvana gəliblər, çağırdıqları FHN-in əməkdaşları pəncərənin dəmir barmaqlığını kəsərək, içəri daxil olub, amma geri qayıdaraq evdə heç kimin olmadığını deyib. Ayın 9-da səhər tezdən qadın bir daha evə özü baxmaq istəyib, yenidən Mahmudla ora gəliblər. 

Yataq otagına keçdikdə görüb ki, çarpayının üstündəki yorğan elə vəziyyətdə sərilib ki, oranın altı görsənməsin. Bu onda şübhə doğurub, yorğanı əli ilə biraz yuxarı qaldırıb, oranın altına baxdıqda Binodun meyitini görüb. Rəhimə Dəmirova qışqıraraq, Mahmudu çağırıb, sonuncu gəlib çarpayını yuxarı qaldırıb, o isə meyiti giriş qapısına tərəf çəkib, arxasıüstə uzadıb. Binodun əlləri bilək səviyyəsində qarşı tərəfdən qırmızı rəngli əski parçası və telefon qidalandırıcısının naqili ilə, ayağları  digər parça, agzı isə yun şərflə bağlanıb. Meyit tam çılpaq vəziyyətdə idi, sinəsində, başında, boynunda və ayağlarında kəsik xəsrətləri olduğunu görüb.Bundan sonra, zərərçəkən 37-ci polis bölməsinə gedib və gördüklərini danışıb. O, Binodun öldürülməsində bir müddət əvvəl mərhumla mübahisəsi olmuş Abid adlı Pakistan vətəndaşından şübhələnib. 

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Binod Kümarın ölümünə baş vermiş kəskin ağ ciyər və ürək çatışmazlığı səbəb olub. 

Hadisədədn 5 gün sonra Xətai RPİ 37-ci polis bölməsi, Abşeron RPŞ və MTN əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Ali Abid Hökməli qəsəbəsində saxlanılıb.

İstintaqla müəyyən edilib ki, Ali Abid yanvarın 25-də bir müddət əvvəl tanış olduğu Binod Kumarla, onun yaşadığı evdə yeyib-içdikdən sonra Kumarın yatmasından istifadə edərək, pasportunu, Azərbarbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsini, habelə 300 manat pulunu talamaqla oğurluq edib. Bundan 4 gün sonra o Xətai rayonu, Mehmandarov, 13 ünvanında yaşayan Gülcahan Cəfərovanın mənzilinə qanunsuz daxil olub, paltar şkafının içərisindəki çantadan 150 manat pul oğurlayıb. 

Martın 7-də səhər saat 11 radələrində Ali Abid Binod Kumarı quldurluq niyyəti ilə qəsdən öldürməyi qərara alıb. Kustar üsulla hazırladığı taxta parçasına bərkidilərək elektrik şəbəkəsinə goşduğu və silah qismində istifadə etdiyi mətbəx bıçağı ilə hamam otağının girişində Binodun baş və bədəninin müxtəlif nahiyyələrindən xəsarətlər yetirməklə onu qətlə yetirib. Sonra mərhuma məxsus şalvarının cibindən 50 $ və 6 manat pulu, habelə divanın üzərində ümumilikdə 135 manat dəyərində 2 ədəd mobil telefon aparatlarını götürərək, hadisə yerini tərk edib.

Qapının hər iki açarlığını bağlayıb, əynində olan paltarları evin qarşısında olan zibil qutularına atıb. Binoda məxsus bir telefonu həmyerlisinə satıb, digərini taksi sürücüsünə gediş haqqı əvəzinə verib. Törətdiyi cinayət barədə heç kimə məlumat verməyib. 

Bakı Ağır cinayətlər məhkəməsinin hökmü ilə Ali Abid cəzasını ciddi rejimli cəza-çəkmə müəssəsində çəkməklə 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. 

Təqsirləndirilən şəxsin şikayəti əsasında işə baxan Bakı Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.