Hirkan Milli Parkında yanğın tam söndürülüb

hirkan-milli-parkinda-yangin-tam-sondurulub
Oxunma sayı: 743


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, ilkin hesablamalara görə Milli Parkın 2,5 hektar ərazisinə ziyan dəyib. Hazırda yanğına məruz qalmış ərazilər yenidən alovlanma ehtimalı nəzərə alınaraq nəzarətə götürülüb.

Eyni zamanda, Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Razvandaband meşəbəyliyinin 23 A dolayında yanğın lokallaşdırılsa da közərtilərin tam olaraq söndürülməsi istiqamətində işlər davam etdirilir. İlkin hesablamalara görə 10 hektardan artıq meşə fondu torpağına ziyan dəyib.

Xatırladaq ki, baş vermiş yanğınla əlaqədar hadisənin ciddiliyi nəzərə alınaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq yerli qurumları fövqəladə iş rejiminə keçib.

Hazırda ETSN-nin150-dək əməkdaşı, o cümlədən FHN-nin canlı qüvvəsi və aviasiya dəstəsi Razvandaband meşəbəyliyinin 23 A dolayında közərtilərin tam olaraq söndürülməsi istiqamətində operativ tədbirlər həyata keçirir.