Hirkan Milli Parkındakı yanğın günlər sonra söndürüldü

hirkan-milli-parkindaki-yangin-gunler-sonra-sonduruldu
Oxunma sayı: 776

Astara rayonu ərazisində Hirkan Milli Parkında baş vermiş yanğın söndürülüb.

Bu barədə “Qafqazinfo”ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. 

İlkin məlumata görə, təxminən 100 ha ərazidə kol-kos, quru ağac, xəzəl yanıb. 

Qeyd edək ki, bir neçə gündür davam edən yanğının söndürülməsinə şəxsi heyətlə bərabər, helikopterlər və amfibiya təyyarəsi də cəlb edilmişdi.