Hirkan Milli Parkındakı yanğına daha bir helikopter cəlb edildi - Video+Yenilənib

Hirkan Milli Parkındakı yanğına daha bir helikopter cəlb edildi
Oxunma sayı: 2123

Bu gün Lerik rayonunun Yuxarı Təngivan kəndi ilə sərhəddə, Hirkan Milli Parkının yüksək dağlıq ərazisində yanğın hadisəsi qeydə alınıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə , Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

Qeyd olunub ki, yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur: “Hazırda hadisə yerinə milli parkın, nazirliyin digər yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Regional Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Yanğın çətin relyefli dağlıq ərazidə olduğundan texnikanın əraziyə cəlb edilməsində çətinliklər yaranıb. Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN bir daha əhalini təbiətdə olarkən odla ehtiyatlı davranmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır”.

***

Yanğınla bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb. Qeyd edilir ki, ilkin məlumata əsasən, mürəkkəb relyefli dağlıq ərazidə 1,5 ha sahədə quru ot, kol-kos və seyrək ağclıq yanır.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin bir helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Mülkü Müdafiə Qoşunlarının və Cənub Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər cəlb edilib. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

***

Hirkan Milli Parkında dağlıq zonada baş vermiş yanğının söndürülməsi məqsədilə əraziyə FHN-in Aviasiya dəstəsinin daha bir helikopteri cəlb olunub.

Bu barədə "Qafqazinfo"ya FHN-in mətbuat xidmətinin məlumat verilib.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi