“Hiss edirdim ki, Qurbanov mənimlə yeni müqavilə istəmir” - Ndlovu

hiss-edirdim-ki-qurbanov-menimle-yeni-muqavile-istemir
Oxunma sayı: 1777

“Qarabağ”dan Çinin “Xançjou Qrintaun” klubuna transfer olunan Dino Ndlovu bu keçid haqqında danışıb. “Qafqazinfo” xəbər verir ki, o, Azərbaycan klubundan ayrılma səbəbini də açıqlayıb:

“Mənim hədəfim heç zaman dəyişməyib. Burada “Qarabağ”da etdiklərimdən daha yaxşısını etmək istəyirəm. Ümid edirəm ki, klubumun Superliqaya qayıtmasına kömək edib daha çox qollar vuracam. “Qarabağ”dan ayrılmaq niyyətim yox idi. Yaxşı bir iş görüb məşqçi ilə danışdım. Hiss etdim ki, Qurban Qurbanov mənimlə yeni müqavilə bağlamaq istəmir. Digər oyunçuların müqaviləsi uzadıldı, mənim isə yox. Özüm və ailəmlə bağlı realist olmalı idim. Gələcəyimi təhlükəyə ata bilməzdim. Bu səbəbdən də belə qərar verdim”.

Qeyd edək ki, “Qarabağ”da 59 oyun keçirib 24 qola imza atan Dino Ndlovu qış “transfer pəncərəsi” zamanı Çinin “Xançjou Qrintaun” klubuna transfer olunub.