Müğənni-aparıcı Mehin Hümbətova və rəqqasə Rəna Ağamuradova (Renka) müğənni Hissi tənqid ediblər.
“Qafqazinfo” xəbər verir ki, onlar bu barədə “7 özəl” verilişində danışıblar.
Renka Hiss və Səmra Rəhimlinin Formula 1-dəki çıxışlarını müqayisə edib: “Heç kimin xətrinə dəymək istəmirəm. Hissi qeyri-adi olmağına, davranışına görə sevdilər. Onu orada rəqqaslarla, hip-hopla, ritmlə səhnəyə çıxardılar. Mən onu elə görmək istəmirdim. İstəyirdim ki, tərsinə olsun, şou etsin, lakin nəsə maraqlı bir şey hazırlasın. Başqa rəqslər olardı. Belə yox. Çünki o Hiss deyildi. Onun mahnıları kölgədə qaldı. Rəqqaslar gümüşü və çəhrayı rəngdə geyinməsəydilər”.
Həmçinin oxuyun: Новый седан бренда CHERY стоимостью 29 900 AZN уже в Баку!
.png)
Mehin Hümbətova isə bildirib ki, Hiss Formula 1 səhnəsində olmamalıydı: “Olsa da, elə çıxmamalıydı. Çünki Səmra öz sözünü dedi, özünü təsdiqlədi. Hər ikisinin də rəqqasları rəngarəng geyinmişdilər. Sanki Hiss rəqqasların kölgəsində qaldı. Mənə elə gəlir ki, geyimlərin rəngi ikinci dərəcəli mövzudur. Əgər Hiss Səmra qədər performansına fikir versəydi, rəqs etməyə cəhd etsəydi, orada geyimlərin rəngi, qısalığı arxa planda qalacaqdı. Mən deyərdim ki, Hiss səhnə müğənnisi deyil. Studiya müğənnisidir. Ona görə özünü radioda, kliplərdə təqdim etməlidir. Böyük səhnədə aura və enerjisi kifayət etmir. Səhnədə ən çox performans göstərən ifaçılardan biri Səmradır”.



Son xəbərlər
Son Xəbərlər