Hitlerin “Mənim mübarizəm” əsəri qadağan olundu

hitlerin-menim-mubarizem-eseri-qadagan-olundu
Oxunma sayı: 3671

Braziliyanın ikinci böyük şəhəri olan Rio-de-Janeyroda nasist Almaniyasının rəhbəri Adolf Hitlerin “Mənim mübarizəm” (“Mein Kampf”) əsəri qadağan olunub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şəhər administrasiyasının rəhbəri Eduardo Paez qanun imzalayıb.

Sənədə əsasən, diktatorun əsərinin satışı, nəşri və yayılması qadağan edilib.

Qanuna məhəl qoymayanları isə 5 min rial (1495 AZN) cərimə gözləyir. 

Kitabın nəşri və paylanmasına görə 5 min real (təxminən 900 ABŞ dolları) məbləğində cərimə tətbiq edilib.