“Qafqazinfo” musavat.com-a istinadən xəbər verir ki, Livanın “Hizbullah” təşkilatının lideri Həsən Nəsrullah “Əl-Nusra Cəbhəsi” tərəfindən təhdid edilib.
Hazırda Suriya prezidenti Bəşər Əsədə qarşı vuruşan bu terrorçu silahlı qrup bildirib ki, Həsən Nəsrullah Suriyaya yeritdiyi hərbi birləşmələri dərhal geri çəkməlidir. Əgər o, buna getməsə Livana son hücum zamanı girov götürülmüş 8 polis nəfəri və əsgər edam ediləcək.
“Əl-Nusra Cəbhəsi”nin Həsən Nəsrullahdan daha bir tələbi var. Livan həbsxanasında olan terrorçuları həbsdən azad etsin.
Son xəbərlər
Son Xəbərlər