Hizbullah obyektlərinə yenə zərbələr endirildi

hizbullah-obyektlerine-yene-zerbeler-endirildi
Oxunma sayı: 1324

“İsrail qırıcıları Hizbullah hərbi obyektlərinə növbəti dəfə zərbələr endirib”. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Livandan İsrail ərazisinə PUA ilə zərbə endirilməsinə cavab olaraq əməliyyat icra edilib:

“Bu axşam partlayıcı yüklü PUA Livan ərazisindən İsrailin şimalına uçub və Beyt Hilel bölgəsinə düşüb. Bir müddət əvvəl İsrail döyüşçüləri Livanın cənubundakı Mərvahin, Ayta əş-Şab və Rab əl-Talatin bölgələrində Hizbullahın iki buraxılış qurğusuna və terror obyektlərinə zərbələr endirib”.